Biz kimik?

Bizim şirkət 25 iyun 1996-cı ildə Barwil Baku adı ilə  Azərbaycanda, Bakıda  yaranmışdır və həmin dövrdə Barwil İstanbul agenti kimi fəaliyyət göstərirdi.

Şirkət 1999-cu ildən Bartrans Shipping Forwarding & Trading LTD adı ilə fəaliyyət göstərir və onun fəaliyyəti Azərbaycanda nəqliyyat və loqistikanın inkişafı və artmasına yönəlmişdir. Ofis Poti, Batumi(Gürcüstan), həmçinin Xəzər dənizinin limanlarında tam xidməti təmin edərək yüklərin daşımasına , Qara dəniz və Azərbaycandan vasitəsilə  MDB ölkələrinə/ölkələrindən başlamışdır.

Mərkəzi Asiya regionlarından  idxal/ixraca və Əfqanıstana olan  göndərmələrə yardım  etmək məqsədilə Özbəkistanda öz nümayəndəliyini yaratmaqla 2004-cü ilin iyun ayında Bartrans öz fəaliyyətini genişləndirdi. Filial həmçinin Hindistanın agentləri, Yaxın Şərq ölkələri, Cənub-Şərqi Asiya, Uzaq Şərqlə də etibarlı əlaqələr yaradır.

Bartransın “Talos Astana Ltd” Qazaxıstan şöbəsi 2006-cı ildə Astanada MDB, Türkiyə və Uzaq Şərq ölkələrində nəqliyyat ticarətinin  aparılması məqsədilə yaradılmışdır.

Hal-hazırda Bartrans Şipinq Forvardinq və Treydinq eyni anda  dəniz, dəmir yolu və/və yaxud maşın göndərmələri təşkil etməklə multimodal yükləmələrlə məşğuldur. Biz Aralıq dənizi, Qara dəniz, Yapon və Baltik dənizinin limanlarında, körfəzlərində əlaqələrə malik olmaqla nəqliyyatı dəmir yolu ilə, yerüstü nəqliyyatla, dəniz yolu ilə təmin edirik. Şirkətin heyəti nəqliyyat və loqistika sahəsində geniş təcrübəyə malik yüksək mütəxəssisli peşəkarlardan ibarətdir.

Biz bütün istiqamətlərdə yüklərin nəzarəti, tariflərin hesabı, lazımı marşrutların seçimi və yükün maneəsiz hərəkəti üçün lazım olan  istənilən məlumatın təmin edilməsi üzrə  operativ xidmətlər təklif edirik.

Regionda 10 ildən çox iş təcrübəsinə malik olmaqla biz loqistika sahəsində müştərilərin istənilən zəruri ehtiyaclarını təmin etmək üçün əlimizdən gələni edirik.